DÜNYA


İranda koronavirusdan bir gündə 120 nəfər ölüb

Tehran, 19 iyun, AZƏRTAC

İranda koronavirusdan ölüm halları artmaqda davam edir. Son 24 saat ərzində 2 min 615 nəfər virusa yoluxub, 120 nəfər isə vəfat edib.

AZƏRTAC xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari keçirdiyi gündəlik mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İranda yoluxanların ümumi sayı 200 min 262 nəfərə, ölənlərin sayı isə 9 min 392-yə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 159 min 192 nəfər isə sağalaraq evə buraxılıb. İntensiv terapiyada yatan 3 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.