DÜNYA


İranda koronavirusdan həm sağalanların, həm də ölənlərin sayı artır

Tehran, 10 aprel, AZƏRTAC

İranda koronavirusdan sağalanların sayının artması ilə yanaşı yoluxan və ölənlərin sayında da artım müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahampur məlumat verib. O bildirib ki, yoluxanların sayı 68 min 192, ölənlərin 4 min 232, sağalanların sayı isə 35 min 465 nəfərə çatıb.

İran mətbuatı yazır ki, səhiyyənin ciddi cəhdlərinə baxmayaraq, hələlik yoluxanların və ölənlərin sayında azalma müşahidə edilmir. Bunun əsas səbəbi kimi insanların karantin şərtlərinə əməl etməməsi göstərilir.

Bu arada Bolqarıstanın göndərdiyi humanitar yardım Türkiyə ərazisindən İrana daxil olub. Koronavirusdan əziyyət çəkənlərin müalicəsi üçün istifadə edilən yeni dərman preparatından ibarət humanitar yardım 1 milyon 400 min avro dəyərindədir.

İranın Müdafiə Nazirliyinin tabeliyində olan zavodların birində filtirli maska istehsalına başlanılıb. Müdafiə naziri Əmir Xatəmi bildirib ki, onun rəhbərlik etdiyi nazirlik koronavirusla mübarizədə daha böyük töhfələr verməyə hazırdır.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.