DÜNYA


İranda koronavirusdan ölənlərin sayı 30 minə yaxınlaşır

Tehran, 15 oktyabr, AZƏRTAC

İranda koronavirusdan ölənlərin sayında kəskin artım olub. Son sutka ərzində İranda 4 min 616 nəfər koronavirusa yoluxub, 256 nəfər isə vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda yoluxanların ümumi sayı 517 min 835 nəfər, ölənlərin sayı isə 29 min 605-ə çatıb.

Müalicəsi davam edən 4 min 671 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 418 min 54 nəfər sağalaraq evə buraxılıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.