DÜNYA


İranda koronavirusdan ölənlərin sayı 43 mini ötüb

Tehran, 19 noyabr, AZƏRTAC

Son sutka ərzində İranda 13 min 223 nəfər koronavirusa yoluxub, 476 nəfər isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İran Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari verib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 815 min 117, yoluxaraq ölənlərin sayı isə 43 min 417-yə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 729 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 583 min 704 nəfər isə sağalaraq evə buraxılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.