DÜNYA
İranda koronavirusdan ölənlərin sayı 44 mini ötüb
Tehran, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-nə olan məlumata əsasən İranda 12 min 931 nəfər koronavirusa yoluxub, 431 nəfər isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İran Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari verib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 841 min 308, bu virusdan ölənlərin sayı isə 44 min 327-yə çatıb.
Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 778 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 596 min 136 nəfər isə sağalaraq evə buraxılıb.
Prezident Həsən Ruhani Koronavirusa Qarşı Mübarizə Komitəsində bildirib ki, ölkədə tətbiq edilən 2 həftəlik karantin rejimi yoluxma sayını azaltmasa bu tədbirlər davam edəcək.
Prezident karantin rejimi ilə əlaqədar əhalinin sosial vəziyyətinin də nəzərə alındığını deyib. Bildirib ki, 10 milyon ailəyə sosial yardım göstərilməsi haqqında qərar qəbul edilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]