DÜNYA
İranda koronavirusdan ölənlərin sayı 57 minə yaxınlaşıb
Tehran, 19 yanvar, AZƏRTAC
Son 24 saat ərzində İranda koronavirusa 5 min 917 nəfər yoluxub, 87 nəfər isə ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. O bildirib ki, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 342 min 134 nəfərə, yoluxaraq ölənlərin sayı isə 56 min 973-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 4 min 272 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 131 min 883 xəstə sağalaraq evə buraxılıb.
İranda karantin rejimi yumşaldılıb. Şəhər və vilayətlərarası avtobus marşrutları işini bərpa edib. Təyyarə ilə uçmaq istəyənlər isə hava limanında koronavirus testinin nəticələrini təqdim etməlidirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]