DÜNYA


İranda koronavirusdan ölənlərin sayı 60 minə yaxınlaşır

Tehran, 14 fevral, AZƏRTAC

Son sutka ərzində İranda koronavirusa 7 min 390 nəfər yoluxub, 62 nəfər isə infeksiyadan həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bununla da ümumilikdə İranda yoluxanların sayı 1 milyon 518 min 263 nəfərə, ölənlərin sayı isə 58 min 945-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 3 min 709 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 1 milyon 298 min 23 xəstə sağalaraq evə buraxılıb.

Mətbuat katibinin sözlərinə görə, İran və Rusiyanın müvafiq qurumlarının əldə etdikləri razılaşmaya əsasən, müəssisə yaradılaraq Tehranda birgə vaksin istehsalına başlanılacaq.

Sima Lari onu da nəzərə çatdırıb ki, hazırda İranda əhaliyə peyvənd vurulması davam edir. Gələn ilin sonuna kimi əhalinin 70 faizinə peyvənd vurulacaq. İran Rusiya istehsalı olan “Sputnik V” peyvəndinə üstünlük verib. Rusiyadan İrana artıq 1 milyon 500 min doza vaksin gətirilib. Fevralın sonuna kimi İran Rusiyadan yenə vaksin alacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.