DÜNYA
İranda koronavirusdan sutka ərzində 221 nəfər ölüb
Tehran, 9 iyul, AZƏRTAC
İranda koronavirusa yoluxanların və ölənlərin sayı hər ötən gün daha da artır.
AZƏRTAC İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lariyə istinadla xəbər verir ki, son sutka ərzində 2079 nəfər virusa yoluxub, 221 nəfər isə vəfat edib. Bununla da yoluxanların ümumi sayı 250 min 458-ə, ölənlərin sayı isə 12 min 305 -ə çatıb. Eyni zamanda, xüsusi xəstəxanalarda müalicə alan 212 min 176 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiyada müalicəsi davam edən 3324 nəfərin vəziyyəti ağır olaraq qalır. Bu isə onu deməyə əsas verir ki, ölüm halları hələ bir müddət davam edəcək.
Mətbuat katibi nəzərə çatdırıb ki, İranın Şərqi və Qərbi Azərbaycan, Kürdüstan, Xorasan, Elam, Kirmanşah və Buşəhər vilayətlərində vəziyyət daha ağırdır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]