DÜNYA


İranda kütləvi aksiyalar keçirilib

Tehran, 12 aprel AZƏRTAC

İranın paytaxtı Tehranda və başqa böyük şəhərlərdə kütləvi aksiyalar keçirilib.

AZƏRTAC xəbər verir ki, Tehranın mərkəzi küçələrinə çıxan iranlılar ABŞ-ın İslam İnqilabı-Keşikçiləri Korpusunu (Sepah) terrorçu təşkilat kimi tanımasına etiraz ediblər.

Nümayişçilər əllərində Sepahın emblemini tutaraq “Rədd olsun ədalətsizlik”, “Amerika, İranın daxili işlərinə qarışma”, “İran ordusu qəhrəman ordudur”, “Rədd olsun Amerika” şüarlarını səsləndiriblər.

Kütləvi aksiyalarda İranın dövlət və hökumət nümayəndələri də iştirak edib.

Etiraz aksiyasını Tehranda akkreditə olunan xarici televiziya və xəbər agentliklərinin müxbirləri işıqlandırıblar.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.