DÜNYA
İranda məhkəmənin edam qərarı icra edilib
Tehran, 14 noyabr, AZƏRTAC
Bu gün İranda məhkəmənin edam qərarı icra edilib.
AZƏRTAC İRİNN televiziyasına istinadla xəbər verir ki, iqtisadi sistemi pozmaqda, korrupsiya şəbəkəsi yaratmaqda, qeyri-qanuni pul və valyuta əməliyyatları aparmaqda və yer üzündə fəsad çıxarmaqda ittiham olunan Vahid Mazlumin və onun şəriki Məhəmməd İsmayıl Qasemi Tehranda edam ediliblər.
Yerli mətbuatın yazdığına görə, “Qızıl sultan” ləqəbi ilə tanınan Vahid Məzluminin evində aparılan axtarış zamanı 2 ton qızıl və külli miqdarda valyuta aşkarlanıb. Onunla şəriki bu vəsaitlərlə İranın maliyyə bazarında manipulyasiya edərək ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurublar.
Xatırladaq ki, ötən ay valyuta bazarında manipulyasiya və korrupsiya ittihamı ilə 147 nəfər həbs olunmuşdu.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
- 25.04.2024 [12:22]
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
- 25.04.2024 [12:12]