DÜNYA
İranda narkotik qaçaqmalçıları ilə silahlı atışmada üç polis əməkdaşı həlak olub
Tehran, 15 iyul, AZƏRTAC
İranın Kirman vilayətində narkotik vasitələrin qaçaqmalçıları ilə baş verən silahlı toqquşmada üç polis əməkdaşı həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin rəisi general Əbdülrza Nəzəri məlumat verib.
O bildirib ki, operativ məlumata əsasən, qaçaqmalçıların külli miqdarda narkotik vasitəni İran ərazisinə keçirməsinin qarşısını almaq üçün əməliyyat tədbiri hazırlanıb. Əməliyyat zamanı qaçaqmalçılar silahdan istifadə edərək üç polis əməkdaşını qətlə yetiriblər. Lakin qaçaqmalçılar məhv ediliblər. Onların üzərinə və avtomobillərinə baxış zamanı “Kalaşnikov” markalı üç avtomat silah, saxta sənədlər və külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.
Hazırda istintaq tədbirləri həyata keçirilir və qaçaqmalçılarla əməkdaşlıqda etmiş şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]