DÜNYA


İranda narkotik vasitə qaçaqmalçıları ilə silahlı toqquşmada polis əməkdaşı həlak olub

Tehran, 14 may AZƏRTAC

İranın İsfahan vilayətinin polis idarəsinin əməkdaşı Mehdi Cəmşidi ötən gecə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplaşma ilə baş verən silahlı toqquşmada şəhid olub.

AZƏRTAC xəbər verir ki, baş verən insidentdə iki polis əməkdaşı da ağır yaralanıb.

Polis idarəsinin açıqlamasında deyilir ki, Əfqanıstandan avtomobillərlə İran ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsi haqqında operativ məlumat daxil oldu. Avtomobillərin və onları müşayiət edən şəxslərin saxlanılması üçün əməliyyat hazırlanıb. Əməliyyatın həyata keçirilməsi zamanı qaçaqmalçılar silahlı müqavimət göstərərək polis əməkdaşını qətlə yetiriblər.

Açıqlamada bildirilib ki, əməliyyat zamanı iki qaçaqmalçı məhv edilib, ikisi həbs olunub. Hazırda istintaq aparılır.

İranın Əfqanistan ilə sərhədboyu ərazilərində qaçaqmalçılarla silahlı toqquşmalar tez-tez baş verir. İndiyədək narkotik vasitə qaçaqmalçıları ilə silahlı toqquşmalarda 4 minə yaxın polis əməkdaşı həlak olub.

İran iddia edir ki, ABŞ silahlı qüvvələri Əfqanıstana daxil olduqdan sonra narkotik vasitələrin istehsalı və qaçaqmalçılığı artıb. Qaçaqmalçılar İrandan tranzit kimi istifadə edib “yükü” Avropa dövlətlərinə daşıyırlar. Avropa İttifaqı bunun qarşısını almaq üçün İrana maddi və texniki yardım göstərəcəyini söz versə də, bu istiqamətdə heç bir real addım atmayıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.