DÜNYA


İranda peyvənd çatışmazlığı problemi tamamilə aradan qaldırılıb

Tehran, 22 sentyabr, AZƏRTAC

İranda peyvənd çatışmazlığı problemi tamamilə aradan qaldırılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Reza Zəbib deyib. O bildirib ki, oktyabrın 2-nə kimi ölkəyə 15 milyon doza peyvənd idxal olunacaq. Ümumilikdə İran 100 milyon doza peyvənd alıb ölkəyə gətirməyi planlaşdırıb. Bu günə kimi 40 milyon doza peyvənd gətirilib və istifadə olunur.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən ölkədə koronavirusun yayılması tədricən azalır. Son sutka ərzində İranda 17 min 433 nəfər virusa yoluxub, 286 nəfər isə bu xəstəlikdən ölüb. Bununla da İranda yoluxanların ümumi sayı 5 milyon 477 min 229 nəfər, ölənlərin sayı isə 118 min 191-ə çatıb.

Müalicəsi davam edən 6 min 632 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 4 milyon 846 min 771 nəfər sağalaraq evə buraxılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.