DÜNYA


İranda peyvənd çatışmazlığı yaşanır

Tehran, 15 may, AZƏRTAC

İranda peyvənd çatışmazlığı olduğundan peyvənd, ilk növbədə, risk qrupuna aid olanlara vurulmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani koronavirusa qarşı mübarizə qərargahında keçirilən iclasda deyib: “Mən və yüksəkvəzifəli şəxslərdən heç kim peyvənd vurdurmayıb. Əlimizdə olan peyvənd dozasının sayı az olduğu üçün, ilk növbədə, yaşlı və risk qrupuna daxil olan digər adamlara vurulmalıdır”.

Prezidentin sözlərinə görə, İran 3 milyon doza peyvənd almışdır ki, bunların da 2 milyonu əhaliyə vurulub. Yaxın günlərdə İran yenə peyvənd alıb ölkəyə gətirəcək. Bütün çətinliklərə baxmayaraq, İran koronavirusun 4-cü dalğasını da arxada qoyub.

Qeyd edək ki, İran Rusiyadan və Çindən peyvənd almaq üçün razılıq əldə edib. Lakin sifarişlərin çoxluğu peyvənd dozalarının İrana çatdırılmasını ləngidir. Bundan başqa, İran milli peyvənd istehsalına da başlayıb. Lakin ilkin mərhələdə yalnız 300 min doza istehsal edilir ki, bu da 80 milyondan çox əhalisi olan İran üçün çox azdır.

Bu arada isə ölkənin Səhiyyə Nazirliyi koronavirusla bağlı statistik rəqəmləri açıqlayıb. Nazirliyin məlumatına əsasən son 24 saat ərzində İranda 7 min 723 virusa yoluxma, 200 ölüm faktı qeydə alınıb. Bununla da İranda yoluxanların ümumi sayı 2 milyon 739 min 875 nəfərə, yoluxaraq ölənlərin sayı isə 76 min 633-ə çatıb. Müalicəsini davam etdirən 5 min 396 nəfərin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, virusa yoluxaraq xəstəxanalarda müalicə alan 2 milyon 210 min 851 nəfər sağalaraq evə buraxılıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.