DÜNYA


İranda polisə silahlı hücum olub

Tehran, 9 yanvar, AZƏRTAC

Bu gün İranın Sistan-Bəlucistan bölgəsində polisə silahlı hücum olub.

AZƏRTAC bölgənin polis idarəsinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, iki nəfər silahlı şəxs polis avtomobilinə yaxınlaşaraq iki əməkdaşı güllələyib və hadisə yerindən qaçıblar. Nəticədə hər iki polis əməkdaşı həlak olub.

Baş verən insidentlə bağlı təhlükəsizlik qüvvələri operativ axtarış tədbirlərinə başlayıblar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.