DÜNYA


İranda qış aylarında əhaliyə peyvənd vurulması başa çatacaq

Tehran, 13 sentyabr, AZƏRTAC

Cari ilin qış aylarında əhaliyə peyvənd vurulması başa çatacaq ki, bu da koronavirusun yayılmasının və ölüm hallarının azalmasına səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın yeni səhiyyə naziri Bəhrəm Enullahi Tehrandakı Tibb Universitetini ziyarət edərkən deyib. O bildirib ki, İranda 7 peyvənd üçün lisenziya verilib. Əhalinin peyvəndlənməsində hələlik “Cov İran Pars” və “Razi” peyvəndlərindən istifadə olunur. Digərləri isə klinik testin 3-cü mərhələsindədir.

İranın Səhiyyə Nazirliyinin bu gün verdiyi açıqlamaya görə son sutkada ölkə ərazisində 22 min 541 nəfər virusa yoluxub, 448 nəfər isə yoluxaraq həyatını itirib. Bununla da İranda yoluxanların ümumi sayı 5 milyon 318 min 327 nəfərə çatıb. Yoluxaraq ölənlərin sayı da artaraq 114 min 759-a çatıb. Müalicəsi davam edən 7 min 206 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 4 milyon 597 min 215 xəstə sağalaraq evə buraxılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.