DÜNYA


İranda qum fırtınası nəticəsində 150-yə yaxın insan xəsarət alıb

Tehran, 8 oktyabr, AZƏRTAC

İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan vilayətində baş verən qum fırtınası nəticəsində 150-yə yaxın insan xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə vilayətin fövqəladə vəziyyətlərin idarə olunması idarəsinin rəisi Əbdülrəhman Şahnaziyə məlumat verib.

Oktyabrın 6-da başlayan fırtına ev təsərrüfatlarına ziyan vurub. Fırtınanın gücü saatda 140 kilometrə çatıb. 145 nəfər fırtına nəticəsində ürək, göz və nəfəs yollarında yaranan problemlə əlaqədar xəstəxanaya müraciət edib. Onlardan 27-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Qalanlarına isə tibbi yardım göstərilərək evə buraxılıb.

Vilayət rəhbərliyi oktyabrın 9-da ehtiyac olmadıqda evdən çıxmamaq barədə əhaliyə müraciət edib.

Hər il payız fəslinin əvvəllərində İranın bu bölgəsində qum fırtınası baş verir. Builki fırtına gözlənildiyindən də güclü olub.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.