DÜNYA
İranda silah qaçaqmalçılığının qarşısı alınıb
Tehran, 16 aprel, AZƏRTAC
İranın şərq sərhədlərindən ölkəyə girməyə çalışan silah qaçaqmalçılarının qarşısı alınıb.
Bu barədə aprelin 16-da İranın Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir ki, İranın şərq sərhədlərindən qanunsuz yollarla ölkəyə daxil olmağa çalışan qaçaqmalçılar yaxalanıb. Onların avtomobillərinə baxış zamanı 80 kiloqram partlayıcı maddə, 17 mina, 2 mindən çox fişəng, 28 tapança, 35 əl qumbarası və 580 kiloqram narkotik maddə götürülüb.
Açıqlamada bildirilir ki, faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]