DÜNYA
İranda silahlı qruplaşma məhv edilib
Tehran, 2 avqust, AZƏRTAC
İranın Qərbi Azərbaycan vilayətində xüsusi xidmət orqanlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı qruplaşma zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamada deyilir. Qeyd olunub ki, əməliyyat nəticəsində 1,1 ton narkotik vasitə olan heroin müsadirə edilib. Silahlı toqquşma zamanı silahlı qruplaşmanın Avropadan olan rəhbəri öldürülüb, 7 nəfər həbs edilib.
Diqqətə çatdırılıb ki, qruplaşma İran ərazisindən tranzit yol kimi istifadə edərək narkotik vasitəni Türkiyəyə oradan isə Avropaya daşımağa cəhd ediblər. Araşdırma aparılır və qruplaşmanın İran ərazısindəki əlaqələri müəyyən edilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]