DÜNYA


İranda son sutka ərzində 2 min 285 nəfər koronavirusa yoluxub

Tehran, 28 may, AZƏRTAC

Son 24 saat ərzində İranda 2 min 285 nəfər koronavirusa yoluxub, 63 nəfər isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə, bu günə kimi İranda 143 min 849 nəfər virusa yoluxub, 7 min 628 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 112 min 988 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 543 nəfərin vəziyyəti ağır olaraq qalır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.