DÜNYA


İranda süni saqqal yapışdırıb stadiona keçən 6 qız cəza alacaq

Tehran, 18 avqust, AZƏRTAC

İran futbol çempionatını izləmək üçün süni bığ və saqqal yapışdırıb stadiona keçən 6 qız həbs edilib.

AZƏRTAC xəbər verir ki, qızlardan biri “Eqtesadi cahan” (Dünya iqtisadiyyatı) qəzetinin müxbiridir. İran qanunlarına əsasən, qadının stadiona getməsi qadağandır.

Həbs olunan qızlar cinayət deyil, inzibati qaydada cəza alacaqlar.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.