DÜNYA


İranda taxıl biçini başlayıb

Tehran, 8 aprel, AZƏRTAC

İranda koronavirusun geniş yayılmasına baxmayaraq Sistan-Bəlucistan vilayətində taxıl biçini başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Kənd Təsərrüfatı naziri İsmail İsfəndiyarpur məlumat verib. Onun sözlərinə görə, cari ildə İran 14 milyon ton taxıl əldə etməyi planlaşdırır.

Nazir onu da qeyd edib ki, hər il olduğu kimi bu il də ilk olaraq biçin Sistan-Bəlucistanda başlayıb. Bir neçə gündən sonra Fars, Xuzistan və Kirman vilayətlərində də biçin başlayacaq. Ölkədə taxıl biçininə 18 min kombayn cəlb olunub.

Nazir bildirib ki, taxıl strateji məhsul olduğu üçün onun biçinini və tədarükünü koronavirusa görə gecikdirmək olmaz.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.