DÜNYA


İranda təbii fəlakət nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Tehran, 8 oktyabr, AZƏRTAC

İranın şimal regionunda baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə əyalətin Təcili Tibbi Yardım Mərkəzi məlumat yayıb. Məlumatda yüzlərə insanın xəsarət aldığı da qeyd olunub.

Xatırladaq ki, İranın Mazandaran, Gilan, Gülüstan, Ərdəbil və başqa vilayətlərində şiddətli yağışlar selin yaranmasına səbəb olub. Yerli mətbuat bildirir ki, təbii fəlakət nəticəsində elektrik dirəkləri aşıb, əyalətin kəndlərinə elektrik enerjisinin verilməsi və telefon rabitəsi kəsilib. Sel nəticəsində yolların və körpülərin sıradan çıxması kəndlərdəki insanlara yardım göstərməyi çətinləşdirib.

Təbii fəlakət İranın 7 vilayətində baş verib. Hazırda müvafiq strukturlar təbii fəlakətin törətdiyi fəsadları aradan qaldırır, dəyən zərəri hesablayır.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.