DÜNYA


İranda təhlükəli terrorçu yaxalanıb

Tehran, 1 avqust, AZƏRTAC

Xarici dövlətlərin göstərişi ilə İranda terror aksiyaları törədən “Tondar” terror təşkilatının rəhbəri Cəmşid Şarmahd yaxalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 1-də İranın Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamada deyilir.

Qeyd olunub ki, C.Şarmahd 2008-ci ilin Məhərrəm ayında Şirazda matəm mərasimi zamanı 14 nəfərin ölümünə və 215 nəfərin yaralanması ilə nəticələnən terror aktı törədib. Bundan başqa, o, İmam Xomeyninin mavzoleyi partlatmağa və Tehranda keçirilən beynəlxalq kitab sərgisində terror aktı həyata keçirməyə cəhd göstərib. Lakin xüsusi xidmət orqanları bu cəhdlərin qarşısını ala bilib.

Açıqlamada deyilir ki, adı çəkilən terror təşkilatı xarici dövlətlərdə məskunlaşan iranlılardan istifadə edərək ölkə ərazisində təxribat xarakterli şaiyələr yayır və terror aksiyaları hazırlayır.

Hazırda istintaq aparılır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.