DÜNYA


İranda terror aktı törədilib

İranda terror aktı törədilib

Tehran, 21 mart, AZƏRTAC

İranın Sistan-Bəlucistan vilayətindəki Saravan şəhərində törədilən terror aktı nəticəsində 3 nəfər həlak olub.

AZƏRTAC İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanata istinadla xəbər verir ki, terrorçular Saravan şəhərinin mərkəzi meydanına silahlı hücum edib. Vilayətdə xidmət edən SEPAH-ın əsgərləri ilə terrorçular arasındakı silahlı toqquşmada yoldan keçən 3 nəfər həlak olub. Hadisə yerinə əlavə qüvvələr cəlb edilib. Genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, İranın bu vilayətində separatçı qüvvələrin olması haqqında məlumat çoxdan var. Sistan-Bəlucistan vilayəti Pakistan və Əfqanıstanla həmsərhəddir.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.