DÜNYA


İranda terror qurbanlarının dəfn mərasimi keçirilib

Tehran, 17 fevral AZƏRTAC

İranın Sistan-Bəlucistan bölgəsində baş verən terror aktında həlak olan əsgər və zabitlərin dəfn mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, İsfahanda keçirilən mərasimdə ordu generalları, parlament üzvləri və hökumət nümayəndələri iştirak ediblər. Dəfn mərasiminə 100 mindən çox insan qatılıb.

Mərasimdə çıxış edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Məhəmməd Əli Cəfəri bir sıra dövlətləri terroru dəstəkləməkdə ittiham edib. Bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu ağır intiqam alacaq.

Mərasimdə ABŞ və Səudiyyə Ərəbistanının əleyhinə şüarlar səsləndirilib.

Xatırladaq ki, fevralın 13-də İranın cənub-şərqindəki Sistan-Bəlucistan vilayətindəki Zahidan şəhərində baş verən terror aktı zamanı 41 nəfər həlak olub. Həlak olanların 27 nəfəri İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgər və zabiti idi. Terror aktına görə "Ceyşu'l Adl" terror təşkilatı məsuliyyəti üzərinə götürüb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.