DÜNYA


İranda terrorçu qrup zərərsizləşdirilib

Tehran, 7 iyun AZƏRTAC

İranın xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində Cənubi Xorasan vilayətində terrorçu qrup zərərsizləşdirilib.

AZƏRTAC Cənubi Xorasan vilayətinin polis idarəsinin rəis müavini Məhəmməd Rza Sərfəraziyə istinadla xəbər verir ki, terrorçuların məqsədi Qədr gecələrində təxribat əməliyyatları törətmək olub. Terrorçular müqəddəs Ramazan ayında keçirilən iftar mərasimlərində və məscidlərdə partlayışlar törətmək istəyiblər.

Xatırladaq ki, son vaxtlar İranın xüsusi xidmət orqanları bir sıra terrorçu qrupların terror aktlarının qarşısını alıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.