DÜNYA


İranda terrorçu qruplaşma məhv edilib

Tehran, 25 iyun, AZƏRTAC

İranın Qərbi Azərbaycan vilayətinin Çaldıran şəhərində terrorçu qruplaşma məhv edilib.

AZƏRTAC İran İslam İnqilabının Keşikçiləri Korpusunun yaydığı məlumata əsasən xəbər verir ki, silahlı qruplaşmanın məqsədi İran ərazisinə daxil olub terror aktları törətmək olub.

Məlumatda bildirilir ki, əməliyyat zamanı terrorçularla silahlı insident baş verib. Terrorçulardan 2 nəfəri məhv edilib, 1 nəfəri isə yaxalanıb. Əməliyyat zamanı 2 nəfər iranlı əsgər yaralanıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.