DÜNYA
İranda təyyarə qəzası nəticəsində həlak olanların cəsədləri aşkarlanıb
Bakı, 20 fevral, AZƏRTAC
İranın axtarış-xilasetmə xidmətləri ATR-72 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların bəzilərinin cəsədlərini aşkar edib.
AZƏRTAC ISNA informasiya agentliyinə istinadla xəbər verir ki, xilasedicilər və hərbçilər təyyarənin qəzaya uğradığı əraziyə çatıb və bir neçə nəfərin cəsədini aşkarlayıb. Onlara havadan helikopterlər aktiv kömək edir.
Tasnim agentliyinin məlumatına görə, hazırda qəza nəticəsində həlak olanlardan azı 30-nun cəsədi tapılıb.
Xatırladaq ki, fevralın 18-də Tehran-Yasuc reysini həyata keçirən “Aseman Airlines” aviaşirkətinə məxsus ATR-72 təyyarəsi İsfahan vilayətində Dena dağları üzərində radarlardan itmişdi. İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 66 nəfərin (60 sərnişin və 6 ekipaj üzvü) hamısı həlak olub. Təyyarənin qalıqları bu gün 4000 metr yüksəklikdəki dağlıq ərazidə aşkarlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]