DÜNYA


İranda törədilən terror aktında 20 nəfər həlak olub YENİLƏNİB

Tehran, 13 fevral, AZƏRTAC

İranın Sistan-Bəlucistan bölgəsində törədilən terror aktında 20 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

AZƏRTAC xəbər verir ki, terrorçular İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgərlərini daşıyan avtobusu partladıblar. Əsgərlərlə yanaşı, avtobusda bir neçə zabit də olub.

Hadisə yerinə gələn yanğınsöndürənlər və təcili tibbi yardım işçiləri partlama nəticəsində yanan avtobusdan cəsədləri çıxarıblar. Bəzi cəsədlər tanınmaz hala düşüb.

Hazırda təhlükəsizlik qüvvələrinin əməkdaşları hadisə yerində araşdırma aparır.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.