DÜNYA
İranda törədilən terror aktında ölənlərin sayı 41 nəfərə çatıb
Tehran, 14 fevral AZƏRTAC
İranın Sistan-Bəlucistan bölgəsində törədilən terror aktı zamanı həlak olanların sayı artaraq 41 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, terrorçular İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgərlərini daşıyan avtobusu partladıblar. Əsgərlərlə yanaşı, avtobusda bir neçə zabit də olub. Həş-Zahidan yolu ilə hərəkət edən avtobus terrorçu kamikadze tərəfindən partladılıb. Yayılan xəbərlərə görə terror aktına görə məsuliyyəti “Ceyşul-Ədl” qruplaşması öz üzərinə götürüb.
Hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşları bildiriblər ki, avtobusda 20 nəfər əsgər olub və onların hamısı ölüb. Həlak olan 21 nəfər isə mülki əhalidir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]