DÜNYA


İranda yağan aramsız yağışlar fəsadlar törədib

Tehran, 9 dekabr, AZƏRTAC

Dünən yağan aramsız yağışlar nəticəsində İranın Xuzistan vilayətində fəsadlar yaranıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, vilayətin bir sıra şəhər və kəndlərində yollar sıradan çıxıb, məktəblər bağlanıb. Bu vilayətin Abdullah qəsəbəsində yağış suyu evlərə dolub. Əhali yağışın fəsadlarını aradan qaldırmağa çalışır.

Hökumət nümayəndələri əhaliyə yardım göstəriləcəyini bildiriblər.

Xatırladaq ki, bu il ikinci dəfədir ki, İranın Xuzistan vilayəti təbii fəlakətlə üz-üzə qalır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.