DÜNYA


İranda yanacaqdoldurma məntəqələrinin fəaliyyəti tədricən bərpa olunur

Tehran, 27 oktyabr, AZƏRTAC

İranın “ağıllı” yanacaqdoldurma məntəqələrinə (YDM) edilən haker hücumundan sonra YDM-də yaranan problem tədricən aradan qaldırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Neft Məhsullarının Emalı və Paylaşması şirkətinin icraçı direktoru Cəlil Salari mətbuata açıqlamasında deyib.

O bildirib ki, ölkə üzrə hələlik 220 YDM-nin fəaliyyətini bərpa etmək mümkün olub. Kredit kartı ilə işləyən aparatlara baxış keçirilir və problemin aradan qaldırılması üçün mütəxəssislər tərəfindən iş aparılır. Yalnız Tehran şəhərində 35 ekspert qrupu hazırlanıb və YDM-mə göndərilib. Hələlik Tehranda 18 YDM-in işi bərpa olunub. İran üzrə ümumilikdə 300 ekspert qrupu yaradılıb və YDM-in bərpası ilə məşğuldurlar.

Qeyd edək ki, ötən gün İranın “ağıllı” YDM-də aparatların dayanması sürücülər üçün böyük problem yaratmış, uzun növbələr meydana gəlmişdi. Eyni zamanda, güzəştli şərtlərlə benzin almaq hüququ olan vətəndaşlar da bu güzəştdən istifadə edə bilmirdilər.

Prezident İbrahim Rəisi bu gün məsələ ilə bağlı nazirlərin iştirakı ilə toplantı keçirərək yaranmış problemin tezliklə həll edilməsi barədə tapşırıqlar verdi. Prezident bildirdi ki, İranda sabitliyi pozmaq istəyən xarici qüvvələr haker hücumu təşkil edərək YDM-nin elektron sistemini sıradan çıxarıblar. Toplantıdan sonra İbrahim Rəisi bir neçə YDM-də olub və problemlə yerində maraqlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.