DÜNYA


İranda yaxın günlərdə əhaliyə milli peyvənd vurulacaq

Tehran, 14 may, AZƏRTAC

İran istehsalı olan “Cov İran Barakat” peyvəndi kifayət qədər təsirli və səmərəlidir. Klinik müşahidələr bu peyvəndin təhlükəsiz olduğunu göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın koronavirusa qarşı mübarizə qərargahının üzvü, tanınmış həkim Minə Möhrazi deyib. O bildirib ki, Əlborz vilayətində qurulan zavodda ilk olaraq 300 min doza peyvənd istehsal edilib və qərargaha təqdim edilib. Yaxın günlərdə əhaliyə milli peyvənd vurulacaq və ölkədə peyvənd çatışmazlığına son qoyulacaq.

Bu arada isə İranda virusa yoluxma və yoluxaraq ölüm hallarında azalma müşahidə edilir. İranın Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, son sutka ərzində 14 min 246 nəfər virusa yoluxub, 297 nəfər isə həyatını itirib. Bununla da İranda yoluxanların ümumi sayı 2 milyon 722 min 7 nəfərə, ölənlərin sayı isə 76 min 231-ə çatıb. Hazırda müxtəlif xəstəxanalarda müalicə alan 5 min 481 nəfərin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 2 milyon 179 min 890 nəfər müalicə alaraq sağalıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.