DÜNYA


İranda yol qəzalarında bir ildə 16 min nəfər həlak olub

Tehran, 13 aprel AZƏRTAC

Ötən il İranda baş verən avtomobil qəzalarında 16 min nəfər həlak olub, 300 mindən çox insan yaralanıb.

AZƏRTAC İranın Təcili Tibbi Yardım Təşkilatına istinadən xəbər verir ki, İranda avtomobillərin sayının çoxalması yollarda qəzaların sayının da artmasına səbəb olub.

Ötən illərlə müqayisədə qəzalar zamanı ölüm hadisələri 1,2 faiz, yaralanma hadisələri isə 9,7 faiz artıb.

İranın tanınmış avtomobil istehsalçısı “İrankodro” isə bildirib ki, sanksiyalara baxmayaraq, ötən il avtomobil istehsalı 70 faiz artıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.