DÜNYA


İranda zəlzələ baş verib

Tehran, 16 yanvar, AZƏRTAC

İranın Kirman vilayətində 5,1 gücündə zəlzələ baş verib.

AZƏRTAC Tehran Universitetinin Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, zəlzələ vilayətin Sireç şəhəri yaxınlığında, 12 kilometr dərinlikdə baş verib.

Bildirilib ki, Kirman vilayətində 18 aktiv zəlzələ ocağı var və onlar zaman-zaman fəallaşır.

Zəlzələ zamanı ölən, yaralanan və dağıntılar barədə hələlik məlumat yoxdur. Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb olunub.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.