DÜNYA


İranda zəncirvarı yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub

Tehran, 12 aprel, AZƏRTAC

Aprelin 12-də səhər saatlarında İranda baş verən zəncirvarı yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, 14 nəfər yaralanıb.

AZƏRTAC İranın Təcili Tibbi Yardım Təşkilatına istinadla xəbər verir ki, Tehran-Saveh avtomobil yolunda baş verən qəza nəticəsində xəsarət alanlar helikopterlə xəstəxanaya çatdırılıblar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.