CƏMİYYƏT


İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən müəssisə rəhbəri saxlanılıb

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışa verilən, “AMAY” MMC tərəfindən İranda təsis edilmiş “Azər Caspian İran” şirkətinə məxsus müəssisələrə rəhbərlik edən 1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu oktyabrın 31-də İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Yardımlı rayonu ərazisində saxlanılıb.

N.Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, “Nokia” markalı mobil telefon, 150 ABŞ dolları və 100 manat pul aşkarlanıb.

Saxlanılan şəxsə həmin əməllərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə ittiham elan edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.