DÜNYA


İrandan oğurlanmış Əhəməni dövlətinə aid olan barelyef vətəninə qaytarılıb

Tehran, 9 oktyabr AZƏRTAC

ABŞ məhkəməsi eradan əvvəl 330–cu ilə mövcud olmuş Əhəməni dövlətinə aid olan barelyefin İrana qaytarılması haqqında qərar çıxarıb. Barelyefdə əhəməni əsgərinin baş hissəsi əks olunub.

AZƏRTAC xəbər verir ki, İranın BMT yanındakı daimi nümayəndəsi Qulaməli Xoşru barelyefin Nyu-York hərracında 1 milyon 200 min dollara satılmasını bildikdən sonra məhkəməyə müraciət edib. Məhkəmə araşdırması zamanı məlum olub ki, tarixi barelyef 1936-cı ildə İrandan oğurlanaraq qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılıb və Monreal muzeyinə satılıb. 2011-ci ildə isə Böyük Britaniya vətəndaşı Rupet Uels barelyefi Monreal muzeyini sığortalayan şirkətdən satın alıb və Nyu-York antikvar əşyalar hərracında satmaq istəyib. Nyu-York hərracı isə barelyefi 2018-ci ildə satışa çıxarıb. İranın BMT yanındakı daimi nümayəndəsi isə bundan xəbər tutaraq İran tarixinə məxsus olan əşyanı ölkəsinə qaytarmağa müyəssər olub.

Qeyd edək ki, İran ərazisində mövcud olmuş Əhəməni imperiyası və onun paytaxtı Persapolis şəhəri Makedoniyalı İsgəndərin İrana hərbi yürüşü zamanı dağıdılmışdı.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.