DÜNYA


İranın Ali Dini Lideri: Biz atom bombası istehsal edə bilərik...

Tehran, 12 oktyabr, AZƏRTAC

Biz atom bombası istehsal edə bilərik, lakin bunu etmirik. Çünki dinimizə görə kütləvi qırğın silahının istehsalı haramdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei gənc alimlərlə görüşündə deyib.

O bildirib ki, İran elmi və tibbi məqsədlər üçün nüvə tədqiqatlarını davam etdirməlidir. İran bomba istehsal etmək istəməsə də, düşmənlərin təzyiqinə məruz qalır. Əslində onların dərdi İranın bomba hazırlamaq bacarığı deyil. Onlar İranın neftinə, qazına və digər sərvətlərinə sahib çıxmaq istəyirlər. Lakin İran xalqı düşmənlərin qarşısında heç vaxt baş əyməyəcək.

Ali Dini Lider gənclərə elmdə daha böyük uğurlar qazanmağı tövsiyə edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.