DÜNYA


İranın Ali Məhkəməsinin sədri prezident seçilmək üçün namizədliyini irəli sürüb

Tehran, 15 may, AZƏRTAC

Bu gün İranın Ali Məhkəməsinin sədri İbrahim Rəisinin iyunun 18-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyi seçki qərargahı tərəfindən qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, xalqa müraciətində İ.Rəisi bildirib ki, prezident olacağı təqdirdə, əsas fəaliyyəti korrupsiyaya qarşı mübarizəyə, yoxsulluğun aradan qaldırılmasına, vətəndaşların hüquqlarının qorunmasına və sanksiyaların ləğv edilməsinə yönəldəcək.

Qeyd edək ki, İ.Rəisi ötən prezident seçkilərində Həsən Ruhaninin əsas rəqibi olmuşdu.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.