DÜNYA
İranın Ali Rəhbəri: İraqda baş verənlər məzhəb qarşıdurması deyildir
Tehran, 30 iyun (AZƏRTAC). İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei Tehranda şəhid ailələrinin üzvləri ilə görüşündə İraqda baş verən hadisələrə münasibətini bildirərək demişdir ki, özünü “İraq Şam İslam Dövləti” adlandıran qruplaşma terror təşkilatıdır və bu silahlı qruplaşmanın törətdiyi cinayətlərin sünni-şiə münasibətlərinə heç bir aidiyyəti yoxdur.
Seyid Əli Xamenei bildirmişdir ki, bəzi siyasi qüvvələr öz maraqlarını həyata keçirmək üçün İraqdakı terror hadisələrini sünni-şiə qarşıdurması kimi qələmə verməyə çalışaraq müsəlman aləminə nifaq salmaq istəyirlər. Lakin həmin qüvvələrin niyyətləri baş tutmadı.
Ali Rəhbər bütün müsəlmanları səbirli olmağa və fitnə-fəsada uymamağa çağırmışdır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]
Barselonada ekstremal quraqlıq hökm sürür
- 29.03.2024 [14:54]