İQTİSADİYYAT


İranın Astara gömrük məntəqəsindən Azərbaycana 15,3 min tondan çox yük daşınıb

Tehran, 29 mart, AZƏRTAC

Ötən il (İran ili) ərzində Astara gömrük məntəqəsindən Azərbaycana 15 min 370 ton yük daşınıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Astara gömrük məntəqəsinin rəisi Rəsul Ümidi deyib. O bildirib ki, qeyri-neft sektoruna aid 410 milyon dollar dəyərində 774 ton yük Azərbaycan üzərində ixrac olunub. İxraca əsasən tikinti materialları, kənd təsərrüfatı və kimyəvi məhsullar, ərzaq malları, xalça və sənaye malları daxildir.

Keçən il Astara gömrük məntəqəsindən İrana gələn turistlərin sayında 25 faiz artım müşahidə edilib.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.