DÜNYA
İranın Finlandiyadakı səfirliyi qarşısında aksiya keçirilib
Tehran, 12 sentyabr, AZƏRTAC
İran İslam Respublikasının Finlandiyadakı səfirliyi qarşısında aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, günorta saatlarında bir qrup şəxs Helsinki şəhərində yerləşən səfirliyin önünə gələrək burada aksiya keçiriblər. Səfirliyin əməkdaşları bu şəxslərin nəyə etiraz etdiklərini və aksiyanın səbəbini soruşduqda cavab ala bilməyiblər.
Sonra bir neçə aksiya iştirakçısı İranın səfirliyin binası qarşısına sancılmış milli bayrağını çıxararaq yandırıb. Hadisənin gərginləşdiyini görən səfirliyin əməkdaşları polis çağırmaq məcburiyyətində qalıblar. Hadisə yerinə gələn polis 4 nəfəri həbs edib.
Finlandiya polisi hələlik aksiya iştirakçıları və həbs olunanlar haqqında məlumat verməyib.
İranın Xarici İşlər Nazirliyi baş verən insidentlə əlaqədar narahatçılığını və məsələnin tez bir zamanda araşdırılmasını ifadə edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]