DÜNYA


İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin hərbi təliminə start verilib

Tehran, 5 noyabr AZƏRTAC

Bu gün İran İslam Respublikası Hava Hücumundan Müdafiə Qüvvələrinin hərbi təliminə start verilib. “Vilayət-97” adı altında keçirilən hərbi təlimlərdə hərbi aviasiya ilə yanaşı, kosmik qüvvələr də iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə İran ordusunun koordinasiya məsələləri üzrə baş komandanının müavini Həbibullah Səyyari məlumat verib. İranın Semnan əyalətində keçirdiyi mətbuat konfransında H.Səyyari diqqətə çatdırıb ki, hərbi təlimlərin məqsədi hərbi hava qüvvələrinin döyüş hazırlığını və ehtimal edilən hücum zamanı düşmən qüvvələrinin qarşısını almaq qabiliyyətini yoxlamaqdan ibarətdir. Hərbi təlimin əsas hissəsi 500 min kvadrat kilometrlik bir ərazini əhatə edən ölkənin şimal, şərq, qərb və mərkəzi vilayətlərində keçiriləcək.

H.Səyyari daha sonra deyib ki, bu təlimlərdə yerli istehsal olan ən son təchizatlar sınaqdan keçiriləcək. Təlim zamanı düşmənin bütün qurğularının aşkar edilməsi, izlənməsi və məhv edilməsi əməliyyatlarına xüsusi yer veriləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.