İranın Hərbi Dəniz Qüvvələrinin istifadəsinə iki yeni sualtı gəmi verilib
AzerTAg.az
Tehran, 29 noyabr AZƏRTAC.
İranın Hərbi Dəniz Qüvvələrinin istifadəsinə iki yeni sualtı gəmi verilib.
AZƏRTAC xəbər verir ki, “Qədr” adlanan sualtı gəmilər yeni texnologiyalarla təchiz edilib və geniş manevr imkanlarına malikdir.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Hüseyn Hanzadə bildirib ki, İran ərazi sularının təhlükəsizliyini təmin etmək imkanına malikdir. Onun sözlərinə görə, sualtı gəmilər Fars və Əmman körfəzlərində İranın su sərhədlərini mühafizə edəcəklər.
Vitse-admiral onu da diqqətə çatdırıb ki, yaxın vaxtlarda Hərbi-Dəniz Qüvvələrinin istifadəsinə “Səhənd” adlı iki yeni hərbi gəmi də veriləcək. Bu gəmilər sırf İran istehsalıdır və yerli mütəxəssislər tərəfindən hazırlanıb. Hazırda “Fatih” adlı yeni sualtı gəminin istehsalı davam edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xəbərin mətnində orfoqrafik səhv var