DÜNYA


İranın Hərbi Dəniz Qüvvələrinin istifadəsinə yeni raketdaşıyan gəmi verilib

Tehran, 10 oktyabr AZƏRTAC

İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin istifadəsinə yeni raketdaşıyan gəmi verilib.

AZƏRTAC İRİB telekanalına istinad edərək xəbər verir ki, “Konarək” adlanan gəminin istifadəyə verilməsində məqsəd dəniz sərhədlərinin daha mükəmməl qorunmasını təmin etməkdən ibarətdir. Hərbi gəmi Oman körfəzində xidmət keçən hərbi dəniz qüvvələrinin şəxsi heyətinə təqdim olunub.

Hərbi gəminin texniki və taktiki göstəriciləri haqqında məlumat verilmir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.