DÜNYA


İranın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb

Tehran, 11 iyul, AZƏRTAC

İranın Hərbi Hava Qüvvələrinə məxsus F-4 tipli təyyarə Çabahar bölgəsində qəzaya uğrayıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, havaya qalxan təyyarənin mühərrikləri qəflətən dayanıb. Pilotlar qəza vəziyyətinin yaranması haqqında mərkəzə məlumat verərək paraşütlə tullanıblar. Qəzanın səbəbi kimi texniki nasazlıq göstərilir.

Xatırladaq ki, ötən ay İranın Hərbi Hava Qüvvələrinə məxsus F-7 tipli təyyarə də İsfahan yaxınlığında qəzaya uğramışdı.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.