DÜNYA


İranın İnsan Hüquqları üzrə Qərargahı: Kanadada yaşayan iranlıların səsverməsi üçün şərait yaradılmalıdır

Tehran, 8 iyun, AZƏRTAC

İranın İnsan Hüquqları üzrə Qərargahı Kanada hökumətini iyunun 18-də İranda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün iranlılara şərait yaratmadığına görə kəskin tənqid edib.

AZƏRTAC qərargahın yaydığı açıqlamaya istinadla xəbər verir ki, iranlılara səsvermədə iştirak etmək üçün nəinki şərait yaradılmadığı, hətta olanlara konsulluq xidməti göstərməkdən də imtina olunduğu bildirilib.

Hazırda Kanadada 400 mindən çox iranlı yaşayır. Onların ikili vətəndaşlığı var. Əlbəttə, ölkəyə gəlib səsvermədə iştirak etmək istəyənlər çoxdur. Lakin Kanada hökuməti məsələni siyasiləşdirərək konsulluq xidməti göstərmir.

Açıqlamada bildirilir ki, daim demokratiya və insan hüquqlarının qorunmasından danışan Kanada iranlıların sadə hüquqlarını belə təmin etmək istəmir.

Qeyd edək ki, 2021-ci ilin yanvarında Tehran səmasında Ukraynaya məxsus “Boeng” tipli sərnişin təyyarəsinin yanlışlıqla vurulmasını Kanada məhkəməsi araşdırmış və hadisənin terror aktı olduğunu bildirmişdi.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.