DÜNYA


İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub

Tehran, 17 fevral, AZƏRTAC

İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə açıqlama verən İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri yanğının təsadüfən baş vermədiyini nəzərə çatdırıb. O bildirib ki, bu institutun fəaliyyəti ABŞ və bəzi region dövlətlərini narahat edirdi. Onlar İranın kosmik tədqiqatlar aparmasının əleyhinə çıxaraq müxtəlif təhdidlər səsləndirirdilər. Odur ki, yanğın təsadüfi xarakter daşımır.

Nazir deyib ki, araşdırma aparılsa da, hələlik yanğının səbəbini müəyyənləşdirmək mümkün olmayıb. Buna baxmayaraq, təhqiqatlar davam etdirilir.

Xatırladaq ki, bu institut İranın raket proqramında aparıcı rola malikdir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.